📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Aİ Gürcüstanın birliyin üzvü olmasına hazırlıq görür”

2022-11-18 15:10:00

“Aİ Gürcüstanın birliyin üzvü olmasına hazırlıq görür”

Hurriyyet.az xəbər verir ki, Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa komissarı Oliver Varhelyi Avropa İttifaqının Gürcüstanın birliyə üzv olmasına hazırlaşdığını söyləyib. 15-16 noyabr tarixlərində Tbilisiyə işgüzar səfər etmiş komissar sosial şəbəkə hesabında yazıb: “Gürcülərin böyük əksəriyyətinin Aİ-yə üzvlük tərəfdarı olduğunu görürük. Bu, təkcə hökumət üçün deyil, ölkənin bütün siyasi elitası, bu işdə fəal iştirak edən hər kəs üçün çox güclü mandatdır. Biz Gürcüstanı Aİ-yə üzv olmağa hazırlayırıq”.

Oliver Varhelyi Gürcüstana səfəri zamanı ölkə Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, parlamentin spikeri Şalva Papuaşvili, həmçinin, parlament frakiyalarının təmsilçiləri ilə görüşüb.

Hürr Tərcüman