📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ Gürcüstanın qəbulu prosesinin faktiki dayandırıldığını elan etdi

2024-10-18 11:57:35

Aİ Gürcüstanın qəbulu prosesinin faktiki dayandırıldığını elan etdi

Aİ sammiti Gürcüstanı Avropa dəyərlərini pozmaqda ittiham edərək, ölkənin quruma qəbulu prosesinin faktiki olaraq bloklandığını elan edib. Bu barədə sammitin yekun bəyanatında deyilir.  Qeyd olunur ki, Gürcüstan hökumətinin hərəkətləri Avropa dəyərlərinə ziddir.

Sammitdə narahatlığa səbəb olan iki qanun tənqid edilib: LGBT təbliğatını qadağan edən qanun və xarici agentlər haqqında qanun. Aİ Tiflisi bu qanunları ləğv etməyə və demokratik islahatlar həyata keçirməyə çağırıb. Liderlər həmçinin Gürcüstanda azad və ədalətli parlament seçkilərinin keçiriləcəyinə ümidlərini ifadə ediblər.

Ülviyyə, Hurriyyet.az