📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ Haniyənin qətlini pisləyib

2024-07-31 20:06:29

Aİ Haniyənin qətlini pisləyib

Avropa İttifaqı (Aİ) hesab edir ki, Yaxın Şərqdə eskalasiyanın heç kimə faydası yoxdur.

Hurriyyet.az-ın Report-a istinadən məlumatına görə, bunu İRNA agentliyinə Aİ-nin Xarici Siyasət Xidmətinin nümayəndəsi Piter Stano HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsini şərh edərkən deyib.

“Aİ prinsipial mövqe tutaraq eləcə də beynəlxalq cinayət məhkəməsi sahəsində qanunun aliliyini dəstəkləyir”, - o bildirib.