Aİ ilə Ukrayna arasında təhlükəsizlik müqaviləsi imzalandı
İyunun 27-də, Brüsseldə Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı ilə təhlükəsizlik müqaviləsi imzalayıb. Aİ ölkələrinin liderlərinin toplaşdığı Avropa Şurasının iclası bu mərasimlə başlayıb.
Müqavilə əsasında Aİ Ukraynanın hərbi avadanlıq, hərbi hazırlıq, hərbi islahatlar aparılmasında dəstəklə sabit və uzunmüddətli şəkildə təmin etmək öhdəliyi götürür. Həmçinin Avropa ilə Ukraynanın müdafiə sənayesi, kiber və hibrid təhdidlərə müqavimətin yüksəldilməsi, mina əleyhinə fəaliyyət, mülki təhlükəsizlik və hüquq-mühafizə orqanlarına dəstək, odlu silahın yayılmasının qarşısının alınması, enerji və nüvə təhlükəsizliyinin dəstəklənməsi, kəşfiyyat və peyk çəkilişləri mübadiləsi sahələrində əməkdaşlıq nəzərdə tutulur.
Sazişdə təkcə Ukraynanın müdafiəsinin dəstəklənməsi deyil, həmdə makromaliyyə, humanitar yardım, rekonstruksiya və islahatların keçirilməsində dəstək təminatı verilir.
Müqavilədə deyilir: "Aİ-nin Ukraynaya və onun xalqına bütün lazımi siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstəyi tələb olunan müddətdə və lazım olduğu qədər intensiv şəkildə təmin etməyə davam etmək qərarı qətidir".
Hürr Tərcüman