📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ İrana qarşı sanksiyaları genişləndirdi

2022-12-12 22:59:00

Aİ İrana qarşı sanksiyaları genişləndirdi

Avropa İttifaqı (Aİ) İrana qarşı əlavə sanksiyalar tətbiq edib.

Bu barədə Aİ-nin rəsmi jurnalında məlumat verilib.

Bildirilib ki, Aİ İranda insan hüquqlarının pozulması və bu ölkənin Ukrayna münaqişəsində Rusiyaya dəstək verməsi ilə əlaqədar İrana qarşı əlavə sanksiyalar tətbiq edib.

Məlumatda qeyd olunub ki, İrandan olan 1 hüquqi şəxs və 20 nəfər sanksiyalar siyahısına daxil edilib: "Aİ Şurası Rusiyaya pilotsuz uçuş aparatlarının istehsalı və tədarükü ilə bağlı 4 fiziki şəxsin və 4 şirkətin qara siyahıya salınması barədə qərar qəbul edib”. \\Qaynarinfo