📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ İrəvana irad tutdu: Ermənistanda vətəndaş cəmiyyəti nifrət təzahürləri üzərində düşünməlidir

2023-05-31 15:23:00

Aİ İrəvana irad tutdu: Ermənistanda vətəndaş cəmiyyəti nifrət təzahürləri üzərində düşünməlidir

Aİ İrəvana irad tutub ki, Ermənistandakı vətəndaş cəmiyyəti nifrət təzahürləri üzərində düşünməlidir.
İstərdim ki, Ermənistandakı vətəndaş cəmiyyəti nifrətin təzahürləri haqqında düşünsün. Bunu mayın 31-də Ermənistan Demokratiya Forumu zamanı Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin deyib.

“Bu, dövlət qurumlarına da aiddir. Bəli, tənqidi edin, amma arqumentlərə əsaslanın. Mən bu istiqamətdə hərəkətin olmasını istərdim. Bu, təkcə Ermənistanda deyil, hər yerdə, Almaniyada da problemdir”, deyə Andrea Viktorin İrəvana irad tutub. Avropanın Qrabağ münaqişəsinin 30 illik dönəmi ərzində Ermənistanın havadarlığını etdiyini və təəssübünü çəkdiyini nəzərə alsaq, Aİ rəsmisinin nəhayət ki, İrəvana iradının səsləndirilməsinin nəyin nəticəsi olduğu üzərində fikir yürütmək maraqlıdır. Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri, loru dildə desək bu qış Avropanın Azərbaycanın "hesabına qızındığını" diqqətə alsaq düşünə bilərik ki, nəhayət Avropa ona faydanın kimdən gəldiyinin fərqinə varmağa, ən azı etika xətrinə ədalətli olmasa da, ədalətli olmağı bacardığını nümayiş etdirməyə başlayıb. Əlbəttə, Aİ rəsmisinin bu qınamasında bizə tərəf olduğunu düşünmək sadəlövhlük olardı. Amma ən azından "genosid" adlı erməni yalanının artıq əvvəli tək təsirli olmadığı da aydındır. 
Ülviyyə, Hurriyyet.az