Aİ İrəvana milyonlarla avroluq hərbi yardım göndərəcək və viza müzakirələrinə başlayacaq
2024-07-22 13:20:28
Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı Ermənistana hərbi yardım edəcək və viza məsələsi ilə bağlı müzakirələrə başlayacaq.
Aİ Ermənistan ordusuna 10 milyon avro dəyərində çadırlar verəcək. Aİ Şurasının bəyanatında yardımı Avropa Sülh Fondunun maliyyələşdirəcəyi bildirilir. Batalyon səviyyəli bölmələr üçün tam təminatlı çadır düşərgələri tədarük etmək planlaşdırılır.
Bununla yanaşı, Aİ Şurası Ermənistanla vizaların liberallaşdırılması üçün dialoqun başlanmasına razılıq verib.
Hürr Tərcüman