📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Aİ Lissabondan Luqanska kimi genişlənə bilər”

2023-10-02 13:40:38

“Aİ Lissabondan Luqanska kimi genişlənə bilər”

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə səfəri zamanı Avropa İttifaqının tezliklə Lissabondan Luqanska kimi genişlənəcəyini bəyan edib.

Ukraynanın paytaxtı Kiyev şəhərində Avropa İttifaqının xarici işlər nazirlərinin qeyri-formal görüşü keçirilir. Görüşdə iştirak etmək üçün Kiyevə gəlmiş Berbok jurnalistlərə açıqlamasında deyib: “Ukraynanın gələcəyi Avropa İttifaqındadır, bizim azadlıq cəmiyyətimizdədir. Ukraynanın azad elədiyi hər bir kənd, hər bir metr ilə onun insanları da azad olur, həm də ölkənin Aİ-yə gedən yolu genişlənir. Avropadakı dostları və tərəfdaşları Ukraynanın bu yolda dəstəkləyəcəklər. Rusiyanın bu dəhşətli təcavüzü fonnunda Ukraynanın əsaslı islahatlar aparmaq qabiliyyətini qeyd eləmək istəyirəm”.

Berbok islahatlardan danışarkən deyib: “Buna misal olaraq, ədliyyə, media sahələrində, korrupsiya ilə mübarizə istiqamətində qanunvericilikdək dəyişiklikləri göstərmək olar”.

Almaniya XİN rəhbəri bu payız ərzində ikinci dəfədir ki, Ukraynaya səfər edir.

Hürr Tərcüman