Aİ missiyası Ermənistan XİN-ə rədd cavabı verib
2023-04-12 13:56:00
Hurriyyet.az xəbər verir ki, erməni mənbələrinin verdiyi məlumata görə, aprelin 11-də Ermənistan Xarici İşlər Nazirliyi Avropa İttifaqının müşahidəçi missiyasının komandiri Markus Ritteri Dığ kəndi yaxınlığındakı erməni mövqelərinə getməyə razı sala bilməyib.
Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında aprelin 11-də erməni hərbçilərin Azərbaycan Silahlı Qüvvələrinin Laçın istiqamətindəki mövqelərinə Gorus rayonunun Dığ kəndi istiqamətindəki mövqelərdən intensiv atəş açdığı xəbər verilir.
Ordumuzun cavab tədbirləri nəticəsində atəş susdurulub. 3 hərbçimiz şəhid olub. Ermənilərin azı 4 hərbçisinin öldüyü, 6-nın yaralandığı bildirilir.
Hürr Tərcüman