Aİ Moldova ilə Gürcüstanın birliyə qəbul edilməsi üçün ilk addımı atdı
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Avropa İttifaqı Ukraynadan sonra Moldova ilə Gürcüstana Avropa İttifaqına qəbul edilməklə bağlı sorğu sənədləri göndərib.
Oliver Varxei Lyuksemburqa iki ölkə diplomatlarının başçılarına sorğu kitabçaları göndərib. Bu barədə açıqlamanı Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varxei öz “Tvitter” səhifəsində verib.
Avrokomissar xəbər verib ki, Lyuksemburqda Gürcüstanın Xarici İşlər naziri İlye Darçiaşviliyə və onun moldovalı həmkarı Nika Popeskeyə sorğu kitabçaları verilib. O deyib: “Bu, sizin Avropaya yolunuzda ilk addımdır. Biz sizinlə çox sürətlə işləməyə hazırıq”.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen aprelin 8-də Kiyevə səfəri zamanı analoji sorğu kitabçasını Ukrayna Prezidenti Vladimir Zelenskiyə təqdim etmişdi.
Hürr Tərcüman