Aİ Moldovaya polis hazırlığı üçün iki milyon avro ayıracaq
Avropa İttifaqı Moldovaya polis əməkdaşlarının təlimi üçün iki milyon avro (190,8 milyon rubl) ayıracaq. Bu barədə RİA Novosti xəbər verir. Məlumatda qeyd olunur ki, Aİ yeni “EU4Public Order” layihəsinə başlayır. Bu razılaşmanın imzalanma mərasimi keçirilib.
"Layihə Daxili İşlər Nazirliyinin hüquq-mühafizə orqanlarını dəstəkləyəcək, ictimai asayiş və təhlükəsizliklə bağlı məsuliyyətlərində Karabineri Baş Müfəttişliyinə xüsusi diqqət yetirəcək", deyə AB-nin Moldovadakı nümayəndəliyi bildirib.
Layihə üç il ərzində Moldovaya iki milyon avro (190,8 milyon rubl) verilməsini nəzərdə tutur. Proqram 2024-cü ilin iyulunda başlayacaq. Layihənin icrasına İtaliyanın “Arma dei Carabinieri” strukturu cavabdeh olacaq.
Aİ layihəsinin məqsədi hüquq-mühafizə orqanları əməkdaşlarının ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı tapşırıqlarına xüsusi diqqət yetirməklə onlara dəstək olmaqdır. Moldova hakimiyyəti layihənin ictimai asayişin qorunmasının keyfiyyətini artıracağını və bu sahədə əsas idarəetmə proseslərinin rəqəmsallaşdırılmasına dəstək verəcəyini gözləyir.
Ülviyyə, Hurriyyet.az