Aİ-nin Cənubi Qafqaz üzrə yeni nümayəndəsi təyin edilib
2024-07-26 17:35:19
Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib. Çexiyalı diplomat Maqdalena Qrono sentyabrın 1-dən etibarən bu postda Toyvo Klaarı əvəzləyəcək. Klaar isə Aİ-nin Özbəkistandakı səfiri vəzifəsini icra edəcək.
Maqdalena Qrono Aİ Prezidenti Şarl Mişelin keçmiş diplomatik müşaviridir. Qrono uzun illər Beynəlxalq böhran qrupunda layihə rəhbəri işləyib.
Hürr Tərcüman