📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ-nin dəstəklədiyi Qərbi Afrika İttifaqı Nigerə hücuma hazırlaşır

2023-08-11 11:06:00

Aİ-nin dəstəklədiyi Qərbi Afrika İttifaqı Nigerə hücuma hazırlaşır

Hurriyyet.az “Döyçe Velle” nəşrinə istinadla xəbər verir ki, Qərbi Afrika Ölkələrinin İqtisadi İttifaqının (EKOVAS) üzvləri Nigerə ordu yeritmək və orada Konqtitusiya nizamını bərpa eləmək qərarına gəliblər. Bu qərardan bir qədər əvvəl isə, Avropa İttifaqı EKOVAS-ın Nigerlə bağlı bütün qərarlarını dəstəkləyəcəyini bildirmişdi.

Qiyamçılar buna cavab olaraq bəyan ediblər ki, ölkəyə müdaxilə ediləcəyi təqdirdə, devrilmiş prezident Məhəmməd Bazumu öldürəcəklər.

Xəbər verdiyimiz kimi, Nigerdə Prezident Məhəmməd Bazumun devrilməsindən sonra hakimiyyətə gəlmiş hərbi şura  Fransaya uran və qızıl ixracını təcili şəkildə dayandırmağı qərara alıb. Niger dünyada uran istehsalı üzrə dördüncü ölkədir və Fransanın elektrik enerjisinin istehsalı üçün istifadə edilən uranın əsas mənbəyidir. 2021-ci ildə Niger ümumilikdə Avropa İttifaqına idxal edilən uranın 25 faizini təmin edərək, milyonlarla evin işıqlandırılması üçün elektrik enerjisinin istehsalına yardım edib. Fransanın “Orano” nüvə texnologiyaları şirkəti 1970-ci ildən Nigerdə uran əldə edilməsi ilə nəşğul olur. 2020-ci ildə Fransadakı reaktorda istifadə edilən uranın 35%-ə yaxını Nigerdən idxal edilib.

Hürr Tərcüman