📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ-nin müşahidəçiləri Zəngilanla sərhəddə müşahidə apardı - VİDEO

2025-05-03 13:53:39

Aİ-nin müşahidəçiləri Zəngilanla sərhəddə müşahidə apardı - VİDEO

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, avropalı müşahidəçilər mayın 2-də Zəngilan rayonu ilə həmsərhəd əraziyə gəliblər. Onlar avtomobillərlə yol boyu hərəkət edib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.

Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında məlumatlar və görüntülər yayılır.

APA da Azərbaycanın bəzi rayonları ilə həmsərhəd ərazidə avropalı müşahidəçilərin fəaliyyəti barədə bir neçə dəfə məlumat və görüntülər yayıb.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadılıb.