"Aİ-nin qapıları Gürcüstanın üzünə bağlanacaq"
2024-06-24 11:20:18
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Gürcüstan xalqının hökumətin addımlarının əvəzini ödəməli olacağını qeyd edib.
TASS informasiya agentliyinin məlumatına görə, Borrel Avropa İttifaqı Şurasının iclasındakı çıxışında deyib: "Hazırda Aİ-nin qapıları Gürcüstan üçün açıqdır. Lakin hökumət indiki siyasətini davam etdirərsə, Avropa İttifaqının qapıları Gürcüstanın üzünə bağlanacaq".
Hürr Tərcüman