📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ-nin təmsilçisi: “Saakaşvilinin taleyi Zurabişvilinin əlindədir”

2023-11-21 13:36:10

Aİ-nin təmsilçisi: “Saakaşvilinin taleyi Zurabişvilinin əlindədir”

Hurriyyet.az “Gruzia Onlayn” portalına istinadla xəbər verir ki, Gürcüstanın Avropa İttifaqındakı səfiri Pavel Qerçinski eks-prezident Mixail Saakaşvilinin əfv edilməsi qərarının Prezident Sallome Zurabişvilidən asılı olduğunu söyləyib.

Qerçinski deyib: “Cənab Saakaşvilinin və ya istənilən başqa birinin əfv edilib-edilməməsi qərarı Gürcüstan Prezidentindən asılıdır. Mən bu barədə heç nə deyə bilmərəm. Bu, onun Konstitusiyada əks olunmuş hüququdur. Bu hüquqdan istifadə eləmək qərarını o verə bilər”.

Xatırladaq ki, Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanın keşmiş dövlət başçısını heç vaxt əfv etməyəcəyini bildirmişdi.

Saakaşvili isə noyabrın 20-də məhkəmə zalındakı çıxışında deyib: “Xanım Zurabişvili özünün əfv etmək hüququndan istifadə edə və bir imza ilə uşaqlarımın atasını qaytara və Gürcüstanda siyasi balansı bərpa edə bilər. Bunu etmək üçün yetərincə cəsurdur”.

Hürr Tərcüman