📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ ötən il Rusiyadan 30 milyard avroluq neft və qaz alıb

2024-02-16 13:53:57

Aİ ötən il Rusiyadan 30 milyard avroluq neft və qaz alıb

Avropa İttifaqı (Aİ) 2023-cü ildə Rusiyadan 30 milyard avroluq neft və qaz alıb ki, bu da 2022-ci illə müqayisədə 2,9 dəfə azdır.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Eurostat” agentliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, 2022-ci ildə Aİ ölkələrinin Rusiya ilə ticarət dövriyyəsi 90 milyard avrodan çox olub. Həmin dövrdə neftin bir barelinin qiyməti orta hesabla 100 dollar təşkil edib. Eyni zamanda, 2021-ci il dövrünə nisbətən Rusiya ilə Aİ arasında qarşılıqlı ticarət dövriyyəsi 2,8 dəfə azalıb.

Həmçinin, məlumata görə, keçən il Rusiyadan Aİ-yə idxal 50 milyard avro, ixrac isə 38,3 milyard avro təşkil edib.

Qeyd edək, bundan əvvəl sanksiyalara görə Rusiya büdcəsinin neft və qazdan gəlirlərinin dörddə bir dəfə azaldığı bildirilmişdi.

yeniavaz.com