📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ rəsmisi Jozep Borrel: "“Biz dözməliyik. Rusiya-Ukrayna müharibəsi uzun sürəcək"

2022-05-30 12:00:00

Aİ rəsmisi Jozep Borrel:

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Ukraynadakı münaqişənin uzanacağını bildirib. O, bu barədə "Franceinfo" radiosunda məlumat verib.
“Biz dözməliyik. Müharibə uzun sürəcək, Rusiya Federasiyasının hərəkətlərinin aqressivliyi artacaq. Biz Ukraynanı döyüş vasitələri ilə təmin etməkdə davam etməliyik, eyni zamanda Rusiyaya iqtisadi təzyiq göstərməliyik”.
Onun fikrincə, “Rusiya iqtisadiyyatı artıq durmağa başlayır” və Moskvaya daha çox təzyiq Kiyevə gələcək danışıqlarda daha yaxşı mövqe tutmağa imkan verəcək.
Borrell vurğulayıb ki, Aİ nəhayət Rusiya neftinə mümkün embarqonu əhatə edəcək planlaşdırılan 6-cı sanksiya raundu ilə bağlı qərar verəcək.

Ülviyyə, Hurriyyet.az