📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ rəsmisindən Gürcüstana xəbərdarlıq: Anti-Rusiya sanksiyalarından yan keçməyin!

2023-03-15 14:44:00

Aİ rəsmisindən Gürcüstana xəbərdarlıq: Anti-Rusiya sanksiyalarından yan keçməyin!

Aİ Gürcüstana anti-Rusiya sanksiyalarının aşılmasının yolverilməzliyi barədə xəbərdarlıq edib.
Belə ki, Aİ sədri Şarl Mişel Gürcüstan prezidenti Zurabişvili ilə söhbətdə, Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyaları gücləndirildiyini və Gürcüstandan da eyni münasibəti göstərmənin vacibliyini qeyd edib.
Mişel eləcə də Zurabişvili ilə Gürcüstanda xarici agentlər haqda qanunu və sanksiyalardan yan keçmək ilə bağlı problemləri müzakirə edib.
Bildirilir ki, Avropa Şurasının sədri bu qanun layihəsini "Gürcüstanın Avropa yolu ilə uyğun olmayan" adlandırıb.

Ülviyyə, Hurriyyet.az