Aİ Rusiya enerjisindən nə vaxt imtina edəcək?
2022-04-26 23:41:00
Avropa İttifaqı (Aİ) bu ilin sonuna kimi Rusiya neft və qazından asılılığını azaltmağı, 2027-ci ilin sonuna kimi isə sıfıra endirməyi hədəfləyir.
Bu barədə İqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Gentiloni "Il Messaggero" qəzetinə verdiyi müsahibədə deyib.Onun sözlərinə görə, Aİ 2027-ci ilə qədər Rusiyadan enerji asılılığını aradan qaldırmaq niyyətindədir: "Rusiya enerjisindən asılılığı azaltmağın yolu bərpa olunan mənbələrdən keçir". \\Margin.az