Aİ Rusiyanın aktivlərindən qazandığı pulu Ukraynaya verir
Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi mənfəət hesabına Ukraynaya təxminən 3 milyard avro köçürməyə hazırlaşır.
Hurriyyet.az xəbər verir ki, ABŞ Ukraynanın dondurulmuş Rusiya aktivlərindən maliyyə alması prosesini sürətləndirmək istəyir, çünki bu ölkənin ABŞ-dan iqtisadi dəstəyi əhəmiyyətli dərəcədə azalıb.
Qeyd olunur ki, Avropa Komissiyası fevral ayından etibarən Euroclear mərkəzi depozitarından alınan sanksiyalarla bağlı gəlirlərin müsadirəsini ehtiva edən plan hazırlayır.
Məqalədə deyilir ki, Brüssel Aİ-yə üzv dövlətlərin razılığını ala bilsə, vəsaitin ilk tranşı iyulda ödənilə bilər. İlkin məlumatlara görə, bu təklif gələn həftə Aİ liderlərinin sammitindən əvvəl ölkələrin xarici işlər nazirlərinin nümayəndələrinə veriləcək.
bizimxeber.az