📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ Rusiyanın beş vəzifəli şəxsinə sanksiya tətbiq etdi

2026-08-07 18:45:13

Aİ Rusiyanın beş vəzifəli şəxsinə sanksiya tətbiq etdi

Avropa İttifaqı Rusiyanın beş müdafiə sənayesi müəssisəsinin rəhbərini sanksiya siyahısına daxil edib.

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Rəsmi Jurnalında məlumat dərc olunub.

Sanksiyaya məruz qalan şəxslər bunlardır:

Krasnoyarsk Maşınqayırma Zavodunun baş direktoru Aleksandr Dyukaryov;
Serpuxovun "Metallist" zavodunun baş direktoru Ramil Badqutdinov;
"IRZ-Svyaz" şirkətinin direktoru Sergey Başkov;
"Aeromaks" şirkətinin baş direktoru Sergey Bessonov;
Dəqiq Cihazlar Elmi-Tədqiqat İnstitutunun baş direktoru Viktor İvanov.