📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ Rusiyanın gəlirlərini Ukraynanı silahlandırmağa xərcləyə bilər

2024-03-19 15:34:07

Aİ Rusiyanın gəlirlərini Ukraynanı silahlandırmağa xərcləyə bilər

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı diplomatiyasının başçısı Jozep Borrel çərşənbə günü keçiriləcək görüşdə Aİ ölkələrinə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90%-ni Kiyevə silah tədarükünü maliyyələşdirmək üçün Avropa Sülh Fonduna göndərməyi, qalan 10%-ni isə Aİ büdcəsinə köçürməyi təklif edəcək. Həmin 10 faiz də sonradan Ukraynanın hərbi sənayesini dəstəkləmək üçün istifadə ediləcək. Borrel təklifini Brüsseldə jurnalistlərə müsahibəsində açıqlayıb.
Bu barədə məlumatı "Röyter" agentliyi verib.  
Bu təkliflər martın 21-22-də keçiriləcək Aİ sammitindən əvvəl təşkilatın üzvü olan dövlətlərə göndəriləcək.
Hürr Tərcüman