📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiq etdi

2025-02-19 15:22:01

Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiq etdi

Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin daimi nümayəndələri Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Avropa ölkələrindən birinin Aİ Şurasındakı nümayəndə heyətindəki mənbə bildirib.

“Bəli, daimi nümayəndələr bu səhər yeni sanksiyalarla bağlı razılığa gəldilər”, - diplomat bildirib.

Agentliyin məlumatına görə, Aİ ölkələri Rusiyadan ilkin alüminium idxalını qadağan edəcək.

Agentlik qeyd edir ki, “kölgə donanması”na daxil olduğu iddia edilən 73 gəmiyə də sanksiyalar tətbiq olunacaq.

Yeniavaz.com