📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır, Yaponiya da qoşulmağa hazırdır

2022-04-05 14:39:00

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır, Yaponiya da qoşulmağa hazırdır

Hurriyyet.az “Kommersant” qəzetinə istinadla xəbər verir ki, Avropa diplomatiyasının başçısı Jozep Borrel Ukraynanın Buça və İrpen şəhərində dinc sakinlərin öldürülməsini təsvir edən fotoşəkillərin meydana çıxmasından sonra Rusiyanı sərt tənqid edib. Cənab Borrel bildirib ki, Aİ ölkələri təcili əkildə yeni antirusiya sanksiyalarının hazırlanması ilə məşğul olacaqlar. Onun sözlərinə görə, Vladimir Putin Ukraynaya müdaxiləni “dərhal və qeyd-şərtsiz” dayandırmalıdır.

Avropa diplomatiyasının başçısının açıqlamasında deyilir ki, Aİ Ukrayna şəhərlərində baş vermiş vəhşilikləri “ən qətiyyətli şəkildə pisləyir”. Jozep Borrel hərbi cinayətlərdə və digər çox ciddi pozuntularda müqəssir olanların, bütün bunlara görə cavabdeh məmurların və hərbi rəhbərlərin hamısının məsuliyyətə cəlb edilməli olduğunu bildirib.

Borrel əlavə edib ki, Avropa İttifaqı Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun başladığı Ukrayada törədilmiş insanlığa qarşı cinayətlərin və hərbi cinayətlərin təhqiqatını dəstəkləyir.

Cənab Borrel deyib: “Biz bütün dünya üçün qaranlıq olan hazırkı zamanda Ukraynanın və Ukrayna xalqının kədərinə şərikik. Aİ Ukraynanı qətiyyətlə dəstəkləməyə davam edir  və tez bir zamanda Rusiyaya qarşı yeni sanksiyalar hazırlamaqla məşğul olacaq”.

ABŞ, Böyük Britaniya, Fransa dövlətləri sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdırlar. Yaponiya hakimiyyəti də yeni sanksiyalara qoulmağa hazırdır. Polşa “Vahid Rusiya”nın bütün üzvlərinə sanksiyalar tərbiq eləməyi və rusiyalılara viza verilməsini məhdudlaşdırmağa çağırıb.  Rusiya Federasiyasının Müdafiə Nazirliyi isə irəli sürülən ittihamları təkzib edir, Buçadan çəkilmiş fotoşəkilləri və videoyazıları "təxribat” adlandırır.

Hürr Tərcüman