Aİ səfirindən Azərbaycan və Ermənistanla bağlı SON DƏQİQƏ açıqlaması
2022-09-17 15:59:00
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanla ən yüksək səviyyədə işləməyə davam edir.
Hurriyyet.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitterdə bildirib.
"Bizim məqsədimiz Ermənistan və Azərbaycana sabit, təhlükəsiz və firavan Cənubi Qafqazı təmin edəcək hərtərəfli və dayanıqlı razılaşmaya nail olmaqda kömək etməkdir", - Klaar qeyd edib.