📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ tarix verdi - Ukrayna ilə Moldovanın taleyi həll ediləcək

2024-06-21 15:30:17

Aİ tarix verdi - Ukrayna ilə Moldovanın taleyi həll ediləcək

Avropa İttifaqı 25 iyun tarixində Ukrayna və Moldova ilə ittifaqa üzvlük məsələsi barədə danışıqlara başlamağı qərara alıb. Bu barədə AFP agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, danışıqların tarixi Avropa İttifaqının maliyyə nazirlərinin Lüksemburqdakı görüşündə razılaşdırılıb.
Bundan əvvəl "Politiko" nəşri Aİ-nin Ukrayna ilə danışıqlara iyulun 1-nə - Macarıstanın Aİ sədri olacağı günə qədər başlamağa çalışdığını xəbər vermişdi. Materialda qeyd edilirdi ki, istənilən halda Ukraynanın Avropaya inteqrasiya məsələsində problemlər ortaya çıxacaq. Bununla belə, Aİ rəhbərliyinin Macarıstan ilə kompromissə ümid elədiyi bildirilib.
Hürr Tərcüman