Aİ təmsilçisi ilə RF XİN nümayəndəsi Azərbaycanla Ermənistan arasındakı vəziyyəti müzakirə ediblər
2022-02-01 17:22:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər nazrinin müavini Andrey Rudenko Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaar ilə telefonla danışıb. Bu barədə məlumat Rusiya XİN-in saytında yerləşdirilib.
Tərəflərin Cenevrədə beynəlxalq danışıqların 56-cı raundu ərəfəsində Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı mövcud vəziyyəti, Azərbaycanla Ermənistan arasında nizamlama prosesinin gedişini müzakirə elədikləri bildirilir.
Açıqlamada telefon söhbətinin Klaarın təşəbbüsü ilə baş tutduğu qeyd edilib.
Hürr Tərcüman