📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ təmsilçisi Paşinyanla görüşdə Azərbaycanla sərhəddə missiya yerləşdirilməsindən danışıb

2023-01-23 20:40:00

Aİ təmsilçisi Paşinyanla görüşdə Azərbaycanla sərhəddə missiya yerləşdirilməsindən danışıb

Huriyyet.az xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar İrəvanda Baş nazir Nikol Paşinyan və Baş nazirin müavini Mqer Qriqoryanla görüşüb. Paşinyanla görüş zamanı Ermənistan-Avropa İttifaqı xətti ilə əməkdaşlıq məsələləri, o cümlədən, Aİ-nin yeni mülki missiasının Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilməsi məsələsi müzakirə edilib, Mqer Qriqoryanla söhbətdə isə Laçın dəhlizindəki vəziyyətdən danışılıb.

Klaar Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüşüb.

İrəvan səfəri başa çatan avropalı diplomat indi Azərbaycana gəlməyə hazırlaşır.

Hürr Tərcüman