📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ təmsilçisi: "Rusiyanın vəsaitləri Ukraynaya xərclənsin"

2024-03-11 14:41:16

Aİ təmsilçisi:

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Jozep Borrel Rusiyanın Mərkəzi Bankının Avropada dondurulmuş vəsaitlərindən gələn gəlirin Ukraynanın müdafiə məsələlərinin həllinə yönəltməyi təklif edib. Borrel bu fikirlərini şəxsi bloqunda ifadə edib.
"Əgər üzv dövlətlər razı olsalar (ali nümayəndənin təklifinin yekdilliklə qəbul olunacağı təqdirdə), biz Rusiyanın dondurulmuş vəsaitlərindən gələcək gəliri Ukrayna üçün silah alınmasına və ya onun müdafiə sənayesinin gücləndirilməsinə xərcləyə bilərik".
Borrel qeyd edib ki, indiyə qədər Avropa İttifaqı həmin gəlirdən Ukraynanın bərpası üçün istifadə eləməyin mümkünlüyünü nəzərdən keçirib. Lakin indiki məqamda əsas olan Ukraynanın dirçəldilməsi yox, "daha da dağıdılmasının qarşısını almaqdır".
Hürr Tərcüman