📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ Ukraynada müharibənin dayandırılması üçün Rusiya ilə danışıqlara hazırdır - Almaniya Kansleri

2026-02-06 20:07:52

Aİ Ukraynada müharibənin dayandırılması üçün Rusiya ilə danışıqlara hazırdır - Almaniya Kansleri

Avropa İttifaqı Ukraynadakı müharibəni dayandırmaq məqsədilə Rusiya ilə danışıqlara hər zaman hazırdır, lakin paralel kommunikasiya kanalları açmaq niyyətində deyil.

APA “Reuters“ə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts bu gün jurnalistlərə açıqlamasında bildirib.

Kanslerin sözlərinə görə, Moskva ilə mümkün təmaslar Ukrayna ilə Rusiya arasında aparılan əsas danışıqlar prosesinə zidd olmamalıdır.

“Əgər bu danışıqların daha yaxşı və daha uğurlu olmasına töhfə verə bilsək, bunu edəcəyik. Amma heç bir paralel kommunikasiya kanalı açmayacağıq”, – Fridrix Merts vurğulayıb.