📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ xüsusi nümayəndəsini təcili Bakı və İrəvana göndərir

2022-09-13 16:10:00

Aİ xüsusi nümayəndəsini təcili Bakı və İrəvana göndərir

Avrop​​​​​​a İttifaqı öz xüsusi nümayəndəsini təcili Ermənistan və Azərbaycana göndərəcək.

Hurriyyet.az xəbər verir ki, bu məlumatı Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell açıqlayıb.

O qeyd edib ki, qarşıdurmanı dayandırmaq və danışıqlar masasına geri qayıtmaq lazımdır.

“Bütün qüvvələr bu gərginlikdən əvvəlki mövqelərə qayıtmalı və atəşkəs rejiminə tam riayət edilməlidir. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə əlaqədədir. Mən isə xarici işlər nazirləri ilə telefonla danışacağam. Avropa İttifaqı ümumi hədəf – təhlükəsiz Cənubi Qafqaza nail olmaq üçün dürüst vasitəçilik missiyasını davam etdirməyə hazırdır”, - deyə Borrellin yaydığı bəyanatda bildirib.

O vurğulayıb ki, Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar lazımi deeskalasiyanı dəstəkləmək və Ermənistan və Azərbaycan liderləri arasında olan Brüssel dialoqu prosesində növbəti addımları müzakirə etmək üçün təcili iki ölkəyə səfər edəcək.

Qafqazinfo.az