📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Aİ-yə tam üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır” – Ərdoğan

2024-06-27 23:53:07

“Aİ-yə tam üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır” – Ərdoğan

“Türkiyənin strateji hədəfi Avropa İttifaqına tamhüquqlu üzv olmaq qalır”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Estoniya Prezidenti Alar Karislə keçirdiyi mətbuat konfransında bildirib.
“Bizim mütəmadi olaraq vurğuladığımız kimi, Avropa İttifaqına tam üzv olmaq bizim strateji məqsədimizdir. Aİ-nin Türkiyəyə oxşar mövqelərdən yanaşması bizim ümumi maraqlarımıza uyğundur. Əminəm ki, Estoniyanın bu kontekstdə Türkiyəyə dəstəyi bundan sonra da artacaq. Mən cənab Karisə bu gözləntilərimi söylədim”, - Ərdoğan qeyd edib. \\Yeniavaz.com