📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ailəsində baş verənlər onu bu hala saldı”

2025-10-25 21:17:39

“Ailəsində baş verənlər onu bu hala saldı”

Aparıcı Zaur Baxşəliyev proqramına qatılmayan Əməkdar artist Mehriban Xanlarovadan inciyib.

Aparıcı aktrisanın söz verdiyi halda proqrama gəlmədiyini deyib:

"Mehriban Xanlarova demişdi beşinci gün də gələcəyəm. Gəlmədi... Ən böyük çatışmayan tərəfim odurki, dostlarımı olduğu kimi sevirəm. Onlardan dönmürəm. Amma kimsə səndən dönəcəksə, sən də dönəcəksən. Heç kimə pis olmamışam. Bunu heç kim dana bilməz. Mehriban Xanlarova yaxşılığı da, pisliyi də itirməz. Son günlər qızının ailəsində olanlar, baş verənlər üstünə gəlib. Efirdə otura bilmirdi, başını tuturdu. Danışmışıq, həkimə gedəcək".

Qeyd edək ki, M.Xanlarova verilişlərə çıxmayacağını deyib./Axsam.az