📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AK Partidə yeni təyinatlar

2023-06-19 23:49:00

AK Partidə yeni təyinatlar

AK Partidə sədr müavini və sədr köməkçiləri vəzifələrinə təyinatlar olub.

Bununla bağlı Prezident və AK Parti sədri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantıda qərar verilib.

Belə ki, AK Parti sədrinin müavini vəzifəsinə xarici əlaqələr üzrə sədr müavini Efkan Ala təyin edilib.
Xarici Əlaqələr üzrə sədrin köməkçisi vəzifəsinə Zəfər Sırakaya, İnsan Hüquqları üzrə sədrin köməkçisi vəzifəsinə isə Mehmet Ali Zengin təyin olunub.\\Qafqazinfo