📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Akademik: Bu, Azərbaycanda ilk dəfədir…

2022-03-04 15:10:00

Akademik: Bu, Azərbaycanda ilk dəfədir…

Azərbaycanda və Azərbaycan Dillər Universitetində ilk dəfə olaraq ən əhəmiyyətli klassik dillərdən biri sayılan sanskrit dilinin tədrisinə başlanılıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ölkəmizdə ilk dəfə tədris olunan sanskrit dilinə həsr olunmuş mətbuat konfransında deyib.

ÜMID edirəm ki, klassik dillərin öyrənilməsi sanskrit dili ilə yekunlaşmayacaq. Bu kimi klassik dillər öyrənilməsə, konkret praktik dillərin öyrənilməsi tam şəkildə uğurlu sayıla bilməz. Bu dilləri öyrənməklə biz konkret praktik dillərin mahiyyətini anlayırıq. Sanskrit dilinin öyrənilməsi qədim Hindistanın, qədim vedaların mədəniyyətinin öyrənilməsi deməkdir. Yəni, burda yalnız dil öyrənilmir, o dilin gətirdiyi mədəniyyət də öyrənilir”, - rektor bildirib.

Axar.az