📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Akar ilə Şoyqu telefonla danışıblar

2022-10-12 14:04:00

Akar ilə Şoyqu telefonla danışıblar

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon söhbəti olub. Bu barədə məlumatı Türkiyə MMN verib.

Söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib. Ukrayna ilə Suriyadakı vəziyyət diqqət mərkəzində olub.

Hulusi Akar regionda sülh və sabitliyin təminatı, həmçinin insan itkilərinin qarşısının alınmasıüçün Ukraynada atəşin dərhal dayandırılmasının mühüm olduğunu bildirib, Türkiyə Prezidenti R.T.Ərdoğanın daim sülh çağırışları etdiyini xatırladıb.

Tərəflərin Ukraynada sülhüm zəruri olduğu barədə həmrəy olduqları qeyd edilir.

Ukrayna limanlarından taxıl nəqli prosesinin uğurla irəliləməsi də diqqət mərkəzində olub.

Akar Suriyanın şimalında və ümumiyyətlə, regionda terror təşkilatlarının neytrallaşdırılmasının zəruri olduğunu bildirib.

Hürr Tərcüman