Akar: “Terrorçuların növbəti sığınacağı nəzarətə alındı”
2023-04-18 16:23:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ölkənin Silahlı Qüvvələrinin terrorçuların İraqdakı növbəti sığınacağını – ölkənin şimalındakı Zap rayonundakı Çemço mağarasını nəzarət altına aldıqlarını bildirib.
Onun sözlərinə görə, PKK terrorçularının alınmaz qala hesab elədikləri böyük mağaranın içərisində çox sayda silah-sursat aşkar edilib.
Akar Türkiyə sərhədlərinin və vətənaşlarının təhlükəsizliyinin təmin edilməsinin mühüm olduğunu vurğulayıb.
Hürr Tərcüman