📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Akif Nağı da namizəd oldu

2024-07-16 22:08:43

Akif Nağı da namizəd oldu

Azad Vətən Partiyasının sədri Akif Nağı namizədliyini 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən irəli sürüb.

Bu barədə partiyanın Mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, Akif Nağı ilə yanaşı, 54 saylı Mingəçevir seçki dairəsindən Tacəddin Əyyubov, 114 saylı Şəki şəhər seçki dairəsindən Elxan Rəhimov, 98 saylı Bərdə-Tərtər seçki dairəsindən Gəray Əsədov, 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Zaur Ələkbərov, 112 saylı Zaqatala seçki dairəsindən Polad Soltanov, 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən Ramil Şirinov, 31 saylı Suraxanı 2-ci seçki dairəsindən Vidadi Şirəliyev, 10 saylı Binəqədi 3-cü seçki dairəsindən Tağı Kazımov, 25 saylı Nizami 2-ci seçki dairəsindən Bəhmən Ədilov, 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən Nadir Məmmədov, 119 saylı Ağdam seçki dairəsindən Maya Quliyeva və digərlərinin namizədliyi irəli sürülüb. \\Bakupost.az