📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Akopyan: Sülhməramlılar bu yay Qarabağı tərk edəcəklər

2022-04-27 15:11:00

Akopyan: Sülhməramlılar bu yay Qarabağı tərk edəcəklər

Nikol Paşinyan Azərbaycan tərəfinin bütün istəklərini ifadə edən sülh müqaviləsi imzalayacaq.

Hurriyyet.az xəbər verir ki, bunu tanınmış erməni siyasi strateqi Vigen Akopyan deyib.

Onun sözlərinə görə, Rusiyanın indi Azərbaycanın əleyhinə getməsi sərfəli deyil:

“Məhz bu səbəbdən Bakı yaxın gələcəkdə qarşıya qoyduğu məqsədlərə nail ola biləcək. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanan kimi Rusiyanın sülhməramlıları Qarabağ ərazisini tərk edəcəklər. Bu isə bu yaydan gec olmayaraq baş verəcək”, - o bildirib.