📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AKP-nin seçki tədbirinə silahlı hücum - Yaralı var

2024-02-10 20:57:27

AKP-nin seçki tədbirinə silahlı hücum - Yaralı var

Türkiyədə hakim partiyanın seçki tədbirinə silahlı hücum edilib.

Bu barədə TRT kanalı məlumat yayıb.

Ölkənin daxili işlər naziri Əli Yerlikaya “X”dəki hesabında yazıb ki, yerli vaxtla saat 16.30 radələrində İstanbul şəhərinin Küçükçekmece bölgəsində AKP-nin bələdiyyə sədri postuna namizədi Əziz Yeniayla bağlı tədbirə tüfəng və tapançadan atəş açılıb.

Hücum zamanı bir nəfər yaralanıb. Hadisə ilə bağlı istintaq başladılıb. \\Modern.az