📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AKP: "Türkiyə Ukrayna ilə Rusiya danışıqlarını təşkil eləməyə hazırdır"

2022-03-02 15:31:00

AKP:

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Türkiyə İstanbul  şəhərində Rusiya ilə Ukraynanın danışıqlarını təşkil eləməyə hazır olduğunu bildirib. Bu barədə açıqlamanı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömer Çelik verib. Bu gün keçirilən brifinqdə İstanbul şəhərində Rusiya ilə Ukrayna arasında danışıqlar təşkil eləmək imkanı barəsində verilən sualın cavabında Çelik deyib: “Türkiyə bütün vasitəçilik imkanları ilə danışıqları təşkil eləməyə hazırdır. Ən əsası, atəşkəs barəsində razılaşmanın əldə edilməsidir”.

Hürr Tərcüman