📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Akşener Ərdoğanı təbrik etdi: “Başımızın tacıdır”

2023-05-29 10:41:00

Akşener Ərdoğanı təbrik etdi: “Başımızın tacıdır”

Hurriyyet.az Türkiyənin “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, Kamal Kılıçdaroğlu ilə alyansda olan müxalifətçi  “İyi partiya”nın lideri olan Meral Akşener Türkiyədəki müxalaifətin seçkilərin nəticələrini qəbul etdiyini və dərs çıxaracağını bəyan edib.

Akşener Ərdoğanı seçkilərdə qələbə çalması münasibətilə təbrik edərək seçkilərin nəticələrini tanıdığını bildirib.

Akşener deyib: “Millətin iradəsi başımızın tacıdır. Yenidən Prezident seçilən cənab Tayyib Ərdoğanı təbrik edirəm. Hörmətli Ərdoğanın da seçimin nəticələrindən böyük dərslər çıxarmalı olduğunu xatırlatmaq istəyirəm”.

Hürr Tərcüman