📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aksiyaçılar İrəvana gedənlərə belə yol verdi - Video

2022-12-24 10:06:00

Aksiyaçılar İrəvana gedənlərə belə yol verdi - Video

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tviter hesabında video paylaşıb.

“Videodan göründüyü kimi eko-fəallar kənara çəkilir və İrəvana gedən BQXK-nın təcili tibbi yardım maşınlarının növbəti konveyi Şuşa-Xankəndi yolunun kəsişməsindən keçir. Azyaşlı oğlan öz valideynləri ilə İrəvana aparılır. Yol mülki və humanitar məqsədlər üçün açıqdır. “Blokada” təbliğatını dayandırın!”, - deyə H.Hacıyev paylaşımında qeyd edib.

qafqazinfo.az