📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aksiyada saxlanılanlar barəsində məhkəmə həbs qərarı verdi

2021-12-02 16:46:00

Aksiyada saxlanılanlar barəsində məhkəmə həbs qərarı verdi

Dünən Bakının mərkəzində keçirilən etiraz aksiyası zamanı saxlanılan 5 nəfər məhkəməyə çıxarılıb.

Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, Səbail Rayon məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. 

İnzibati Xətalar Məclləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinən beş ictimai fəaldan İlham Hüseyn 30 sutka, Elçin Teymurov 25 sutka, Elxan Əliyev 20 sutka, Səyyad Quliyev 15 sutka inzibati həbs cəzası alıb.

Rüstəm İsmayılbəyli ilə bağlı məhkəmə qərarı hazırda bəlli deyil.