📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aktobe polisi: “Xalqa əl qaldırmayacağıq”

2022-01-05 12:08:00

Aktobe polisi: “Xalqa əl qaldırmayacağıq”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, Qazaxıstanın Aktobe şəhərində polis kütləvi etiraz mitinqi keçirənlərlə həmrəylik nümayiş etdirib. Bu barədə məlumatı “Orda.kz” informasiya agentliyi yayıb. Xəbərdə deyilir: “Aktobe şəhərindəki polislər xalqla bir olduqlarını, xalqa əl qaldırmayacaqlarını bildiriblər”.

Min nəfərə yaxın etirazçı Aktobe icra hakimiyyətinin – akimatın qarşısında nümayiş keçirir. Onlar qızınmaq üçünü tonqallar qalayıblar. Mitinq iştirakçıların dünəndən bəri rayon icra hakiminin – akimin xalqın qarşısına çıxmasını tələb edirlər.

Mediada yayılan videoda polisin etirazçıların qarşısını almadığı görünür. Nümayişçilər polisin onlarla birlikdə olduğunu bildirən şüarlar səsləndirirlər.

Xəbər verildiyi kimi, yanvarın 1-dən etibarən maye qazın ikiqat bahalaşması Qazaxıstanda kütləvi etirazlara səbəb olub.

Hürr Tərcüman