📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aktyor Aslan Fətullayev vəfat etdi

2026-11-10 18:51:09

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev Moskvada vəfat edib.

Hurriyyet.net  xəbər verir ki, bu haqda Oxu.Az məlumat yayıb.

Məlumata görə, yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər.

Azərbaycan Dövlət Kukla Teatrından bildirilib ki, Aslan Fətullayev bağırsağında olan problemlə bağlı Moskvaya müayinəyə yollanıb. Bu gün səhər saatlarında vəfat edib.