📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Aktyorlara pulsuz ev verilsin“ - Afaq Bəşirqızı

2023-04-11 15:24:00

“Aktyorlara pulsuz ev verilsin“ - Afaq Bəşirqızı

"Həmkarlarımı, aktyorları qınamayın, problemlər çoxdur".

Hurriyyet.az xəbər verir ki, bunu Xalq artisti Afaq Bəşirqızı “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.

O təklif edib ki, mədəniyyət sahəsində Bədii Şura yaradılsın: "Teatrların kateqoriyası məsələsinə diqqət yetirilməlidir. Eyni zamanda, aktyorların maaşına baxılsın, onlara evlər tikilsin".

yenisabah.az