"Al-Arabi Əl-Cədid": Səudiyyə Ərəbistanı ilə İranın yaxınlaşmasında Rusiyanın əli var
İran-Səudiyyə yaxınlaşmasında Rusiyanın rolu olub. "Al-Arabi Əl-Cədid" nəşrinin mənbələri bu yaxınlaşmada əvvəllər yalnız Çin vasitəçiliyinin vurğulanmasına baxmayaraq, Moskvanın iki regional antaqonist arasında sövdələşmədə iştirak etdiyini iddia edib.
Müvafiq mövzunu fevral ayında beşinci Regional Təhlükəsizlik Dialoqu Sammiti çərçivəsində Patruşevlə danışan İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şamxani Rusiya tərəfində qaldırıb.
Çox güman ki, söhbət eksklüziv olaraq normallaşma prosesinin Moskva ilə koordinasiyasından gedir. Mənbələr Rusiya diplomatiyasının prosesə nə dərəcədə töhfə verdiyini açıqlamasa da, onun hər şeydən öncədən məlumatlandırıldığını vurğulayırlar.
Belə təəssürat yaranır ki, son günlər dialoqda Çinin eksklüziv vasitəçi adlandırılması kiminsə xoşuna gəlməyib.
Ülviyyə, Hurriyyet.az