📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Al-Araby”: Moskva İran yaxınlığının səbəbləri

2023-07-05 18:52:00

“Al-Araby”: Moskva İran yaxınlığının səbəbləri

Məşhur “Al-Araby” xəbər saytı Rusiyanın Yaxın Şərq siyasətinin təfərrüatlarına dair təhlil paylaşıb.

Yazıda ifadə olunur ki, Moskvanın Yaxın Şərq strategiyasının mərkəzində neft bazarlarında hökmranlıq etmək, silah satmaq və regionda təsirini saxlamaq dayanır. Bu strategiyanın həyata keçirilməsində Rusiya Federasiyası İranla hərbi ittifaqdan, Suriyadakı mövcudluğundan, eləcə də neft sektorunda Ər-Riyadla razılaşmalardan istifadə edir.

Yazıda həmçinin ifadə olunur ki, Rusiya Federasiyası İranla yaxınlıqdan Fars körfəzi ölkələrinin İslam Respublikası qarşısında narahatlığını azaltmaq, eləcə də Avropadakı enerji böhranını dəstəkləmək üçün istifadə edir.

Ülviyyə, Hurriyyet.az